YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞ PA-nın gələcək prezidenti seçkilərin Avropa standartlarına uyğun keçiriləcəyinə inanır

“Ümid edirəm ki, Azərbaycanda parlament seçkiləri Avropa standartlarına uyğun keçiriləcək”.

Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-c ilin yanvarından prezidenti olacaq Pedro Aqramunt Seçki-2015.az saytına açıqlamasında deyib.

P.Aqramunt AŞ PA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəyini deyib. Bütün təəssüratlarını isə seçkidən sonra - noyabrın 2-də müşahidə missiyasının keçirəcəyi mətbuat konfransında açıqlayacağını qeyd edib.

Xatırladaq ki, P.Aqramunt Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi olub. Qurumun son sessiyasında isə ispaniyalı deputat AŞ PA-nın prezidenti seçilib.