YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə KİV: Azərbaycanda namizədlərin qeydiyyatı, imzatoplama və təbliğat kampaniyaları dövründə xoşagəlməz hallar qeydə alınmayıb

Azərbaycandakı seçki prosesi türk mətbuatının da diqqət mərkəzindədir. Seçki-2015.az  xəbərinə görə, Anadolu agentliyi seçki prosesi barədə hazırladığı materialda bir çox təşkilata istinad edib. Agentlik qeyd edir ki, ölkədə azad, ədalətli və şəffaf seçki mühiti mövcuddur. Mərkəzi Seçki Komissiyası bütün yerli və xarici mətbuata seçki prosesini izləmək üçün geniş imkanlar yaradıb. Eyni vəziyyət müşahidəçilərə də aiddir.

Agentlik əlavə edir ki, namizədlərin qeydiyyatı, imzatoplama və təbliğat kampaniyaları dövründə xoşagəlməz hallar qeydə alınmayıb.

Qeyd edək ki, agentliyin bu xəbərini Türkiyənin əksər qəzetləri istinadla yayıb. Bundan əlavə, televiziyalar da seçkiyə yer ayırıb. TRT televiziyası Seçki Monitorinq Koalisiyasının keçirdiyi mətbuat konfransı barədə də süjet hazırlayıb. Reportajı aşağıdakı linkdən izləmək mümkündür.