YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyədə bu gün parlament seçkiləri öncəsi sükut günüdür

Noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Səsvermə ölkənin 32 vilayətində yerli vaxtla saat 7.00-da, digərlərinda isə saat 8.00-da başlanacaq. Səsvermə prosesi 9 saat davam edəcək.

Türkiyənin 54 xarici ölkədəki 113 diplomatik nümayəndəliyində isə səsvermə artıq keçirilib. Səsvermə bülletenlərinin ölkəyə daşınması başa çatmaq üzrədir. İstifadə olunan bütün bülletenlər noyabrın 1-də səsvermə başa çatandan sonra bir yerdə sayılacaq.

Ali Seçki Komissiyası və ölkənin Radio və Televiziya Təşkilatı səsverməyə 24 saat qalmış seçkilərlə bağlı reklam nümayişini dayandırıb.

Oktyabrın 31-də yerli vaxtla saat 18.00-dan etibarən ölkədə tam seçki sükutu elan olunacaq.

Seçkilərlə bağlı ölkənin bütün ərazisində güclü təhlükəsizlik tədbirləri görülür.