YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçki məntəqələrində quraşdırılan veb-kameralar tam hazır vəziyyətə gətirilib

Azərbaycanda noyabrın 1-də baş tutacaq parlament seçkilərini internet vasitəsilə izləmək üçün 118 dairə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Yalnız Ermənistan tərəfindən əraziləri işğal olunmuş rayonları əhatə edən 7 seçki dairəsi üzrə veb-kameraların quraşdırılması nəzərdə tutulmayıb. Bunlar 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı seçki dairələridir.

Bu barədə Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli  məlumat verib.

O bildirib  ki, məntəqələrə quraşdırılan veb-kameralar tam hazır vəziyyətə gətirilib və sabahdan etibarən internet istifadəçilərinin ixtiyarına veriləcək.

Onun sözlərinə görə, veb-kameralar seçki məntəqələrinin 20 faizini əhatə edir.