YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda parlament seçkiləri vaxtında başlayıb

Noyabrın 1-də səhər saat 8.00-da Azərbaycan Respublikası Milli Məclisinə seçkilər başlayıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında yerli və xarici jurnalistlərə Azərbaycanda keçirilən parlament seçkilərində 5 milyon 200 minə yaxın seçicinin səs verməsi üçün 5547 məntəqədə hər cür şəraitin yaradıldığını deyib. Hazırlıqla bağlı bütün işlər nəzərdə tutulmuş vaxtda həyata keçirilib.

MSK sədri bildirib ki, seçkilərə hazırlıq yüksək səviyyədə təşkil olunub. Bütün işlər Təqvim Planına uyğun olaraq həyata keçirilib. 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb. Bu da hər dairəyə 6-dan çox namizəd deməkdir. Dairələr üzrə ən az 3, ən çox isə 12 namizəd var. Seçicilərin rahat şəraitdə səs verməsi üçün lazım olan bütün işlər həyata keçirilib.

Qeyd edilib ki, seçkilərdə ümumilikdə 22 siyasi partiya iştirak edir. Bu da ölkədə parlament seçkilərinə olan marağın göstəricisidir. Siyasi partiyalarla yanaşı, vətəndaşlar da seçkilərə böyük maraq göstərirlər.

Diqqətə çatdırılıb ki, 1000 məntəqədə veb-kamera quraşdırılıb. MSK-nın internet saytına girən şəxs həmin məntəqələrdə canlı müşahidə apara bilər.

Məlumat verilib ki, seçkiləri izləmək üçün ümumilikdə 66 min yerli müşahidəçi qeydiyyatdan keçib. KİV nümayəndələri nəzərə alınmadan təxminən hər məntəqəyə 11 yerli müşahidəçi düşür. KİV nümayəndələri müşahidə üçün sərbəstdirlər. Onlar akkreditasiyadan keçmirlər. Beynəlxalq müşahidəçilərdən isə 503 nəfər akkreditasiyadan keçib. Onlar 40-a yaxın nüfuzlu beynəlxalq qurumun nümayəndələridir. Müşahidəçilər üçün də bütün lazımi şərait yaradılıb.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra parlament seçkiləri başlanıb.