YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsində sesici fəalllığı müşahidə edilir

Ölkənin hər yerində olduğu kimi, Bakının Qaradağ rayonunda da parlament seçkiləri seçici fəallığı ilə keçirir. 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə yerləşən məntəqələırdə saat 8:00-da səsverməyə başlanılıb. Dairənin 11 saylı Məntəqə Seçki Komissiyasının sədri Xanımgül Hüseynova saat 8:00-da Milli Məclisə seçkilərdə səsvermə prosesinin başlandığını elan edib. Bundan sonra səsverəyə başlayıb. O, səsvermənin təşkili üçün məntəqədə hər cür şəraitin yaradıldığını bildirib. MSK sədri ümumilikdə bu məntəqə üzrə 1102 nəfər seçicinin qeydiyyatda olduğunu bildirib.

2015-ci il Milli Məclisə seçkilərdə bu məntəqədə ilk səs verən seçici olan Bayram Paşayev bu seçkilərin ölkəmizin demokratik inkişafında mühüm əhəmiyyətini vurğulayaraq, vətəndaş borcunu yerinə yetirdiyini və səsvermədə iştirak etdiyini söyləyib. O, öz iradəsini ifadə edərək istədiyi namizədə səs verdiyini deyib.

Məntəqə Seçki Komissiyasının katibi Vaqif Astanov da qanunvericiliyə uyğun olaraq saat 8-də səsvermə prosesinə start verildiyini və prosesin yaxşı təşkil olunduğunu deyib.

Müşahidəçilər də prosesin gedişindən razılıqlarını bildiriblər. Azər Hüseynov məntəqədər lazımi şəraitin yaradıldığını qeyd edib.

Qeyd edək ki, bu məntəqədə «Opinion way» və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi birgə exit-pol keçirib. Exit-pol keçirən təşkilatların nümayəndəsi Təbriz Teymurov səsverməyə start verildiyi andan exit-pola da başlandığını, seçicilərin bu prosesə maraq göstərdiyni bildirib.

Bu Dairə Seçki Komissiyasının 2 saylı Seçki Məntəqəsində də səsverməyə saat 8:00-da start verilib. Məntəqə Seçki Komissiyasının sədri Süleyman Şıxəliyev səsvermənin demokratik və yüksək standartlara uyğun təşkili üçün lazımi şəraitin yaradıldığını, vətəndaşların azad şəkilodə öz iradələrini ifadə edərək öz istədikləri namizədə səs verdiklərini bildirib.

Bu məntəqədə ilk səs verən Elşən Quluzadə də bu seçkilərin xalqımız üçün xeyirli-uğurlu olmasını diləyib. Seçici Gülsəfa Məsimova da seçkilərin Azərbaycanın gələcək inkişafında əhəmiyyətini qeyd edib, seçkilərə «Yeni hədəflərə doğru» şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının namizədinə səs verdiyni bildirib.

6 saylı Məntəqə Seçki Komissiyasının sədri Ərrəhman Ağayev bu məntəqə üzrə 1478 seçicinin qeydiyyatda olduğunu bildirib. O, vurğulayıb ki, bu məntəqədə vebkameralar quraşdırılıb və kameralar vasitəsilə səvermənin gedişini müşahidə etmək mümkündür.