YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə seçkilərə start verilib

Ağcabədi rayonunda da parlament seçkiləri seçici fəallığı ilə keçirilir.

82  saylı Ağcabədi Seçki Dairəsi üzrə yerləşən məntəqələrdə saat 8:00-da səsverməyə başlanılıb.

Dairənin 3 saylı Məntəqə Seçki Komissiyasının sədri Tofiq Zeynalov səsvermənin yüksək səviyyədə təşkili üçün məntəqədə hər cür şəraitin yaradıldığını bildirib. O, ümumilikdə bu məntəqə üzrə 1426 nəfər seçicinin qeydiyyatda olduğunu bildirib.

11 saylı Məntəqə Seçki Komissiyasının sədri Eynulla Hacıyev isə bu məntəqə üzrə 1302 nəfər seçicinin qeydiyyatda olduğunu bildirib. Onun sözlərinə görə, seçkilər qanunvericiliyə uyğun şəkildə keçirilir.

13 saylı Məntəqə Seçki Komissiyasının sədri İlham Məmmədov isə bildirib ki, bu məntəqə üzrə 1132 nəfər seçicinin qeydiyyatda olduğunu bildirib.

Öz növbəsində seçicilər də bu seçkilərin ölkəmizin demokratik inkişafında mühüm əhəmiyyətini vurğulayaraq, öz iradələri ilə istədikləri namizədə səs verdiklərini deyiblər.