YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hindistanlı müşahidəçilər seçici fəallığının yüksək olduğunu bildirirlər

Ölkəmizdə növbəti parlament seçkiləri keçirilir. Seçkilərin demokratiklliyini və şəffaflığını təmin etmək üçün zəruri olan bütün addımlar atılıb. Seçkiləri izləmək üçün beynəlxalq təşklilatlardan və dövlətlərdən müşahidəçilərin iştirakı bu şəffaflığın təminatını təsdiqləyən əsas amillərdəndir.

33 saylı Xətai Birinci Seçki Dairəsinin 5, 9, 10, 20 və 23 saylı məntəqələrində olan Huindisatan Mərkəzi Seçki Komissiyasının üzvləri Vicay Colli və Sureş Çandranın seçkilərlə bağlı fikirlərini aşıqladılar.

Vicay Colli: “Azərbaycanda olmağımızın məqsədi ölkənizdə keçirilən parlament seçkilərini müşahidəçi qismində izləməıkdir. Bu Azərbaycana ilk səfərimdir. Hər şeydən öncə, Azərbaycanın Mərkəzi Seçki Komissiyasını təbrik etmək istərdim ki, belə şəffaf və demokratik seçkiləri təşkil edib və bizləri ölkənizə dəvət edib. İnanıram ki, Azərbaycanda keçirilən bu seçkilər günün sonuna qədər öz demokratikliyini və ədalətliliyini davam etdirəcək. Məntəqələrdə olarkən yaradılmış şəraitlə yaxından tanış olmaq üçün bizə geniş imkanlar yaradıldı. Məntəqə sdərləri səsvermə günündə iştirak edəcək seçicilərin sayı haqqında məlumat verdilər. Amma mən müşahidələrimdən bu qənaətə gəldim ki, seçicilərin sayı söylənilən rəqəmdən daha yüksəkdir. Bu qənaətimə əsas verən başlıca amil seçicilərin yüksək əhval-ruhiyyə və fəallıq şəraitində məntəqələrə gəlməsidir”.

Müşahidəçi onu da bildiir di ki, Hindistanda seçicilər elektron variant əsasında səs verirlər. Bu zaman seçicinin fotoşəkili də aydın görünür. Azərbaycanda keçirilən seçkilərin demokratikliyi, ədalətliliyi və şəffaflığı fonunda bu inamımı da ifadə etmək istərdim ki, gələcəkdə ölkənizdə də elektron variant tətbiq olunacaq: “Azərbaycan rəhbərliyini, Mərkəzi Seçki Komissiyasını bu gün münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, seçkilərdə xalqın dəstəyini qazanan namizədlər gələcəkdə Azərbaycanın daha da qüdrətlənməsinə öz tövhələrini verəcəklər. Azərbaycan xalqını Hindistan xalqı adından salamlayır və inanırıq ki, bu səfərlərimiz davamlı olacaq.”

Azərbaycanda ilk dəfə olduğunu bir daha qeyd edən müşahidəçi təəssüratlarını belə bölüşdü: “Düşündüyüm kimi, Azərbaycan xalqı çox dost və qonaqpərvərdir. Xalqlarımız arasında ortaq dəyərlər vardır. İnanıram ki, dövlətlərimiz arasında olan münasibətlər davamlı və daimi olacaqdır.”

Digər müşahidəçi Sureş Çandra:

“Azərbaycan haqqında təəssüratlarım gördüklərimlə üst-üstə düşdü. Ölkəniz haqqında yüksək fikirdəyəm. Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün yüksək şərait yaradılıb. Prosesin sonadək bu qaydada davam edəcəyinə əminəm.”

DİGƏR Xəbərlər Arxiv