YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA təmsilçisi: Seçki prosesi beynəlxalq standartlara uyğun gedir

Seçki prosesi beynəlxalq standartlara uyğun gedir.

Bu sözləri 24 saylı Nizami birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsində seçki prosesini müşahidə edən AŞPA təmsilçisi Aqustin Konde AZƏRTAC-a müsahibəsində deyib.

Seçkilərin beynəlxalq standartlara uyğun və demokratik şəraitdə keçirildiyini vurğulayan A.Konde bildirib ki, səhər saatlarından başlayaraq bir sıra seçki məntəqəsində olub. “Seçkilərə hazırlıq işləri yüksək səviyyədədir. Məntəqələrin bütün texniki vasitələrlə, veb-kameralarla təchizatını yüksək qiymətləndirirəm”,- deyə AŞPA nümayəndəsi vurğulayıb.

Aqustin Konde onu da bildirib ki, Azərbaycanda ötən parlament seçkilərində də müşahidəçi qismində iştirak edib. O, sözügedən seçkilərin də beynəlxalq standartlar səviyyəsində təşkil olunduğunu, seçicilərin azad və sərbəst şəkildə namizədlərə səs verdiyini söyləyib.

 

DİGƏR Xəbərlər Arxiv