YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aviqdor Liberman seçkiləri müşahidə edir

İsrailin keçmiş xarici işlər naziri, tanınmış siyasətçi Aviqdor Liberman Azərbaycandakı seçkiləri müşahidə edir. Secki-2015.az saytına açıqlamasında Liberman 6 məntəqədə olduğunu bildirib.

O seçkilərin sabit keçdiyini, hər hansı qanun pozuntusu müşahidə edilmədiyini vurğulayıb: “6 seçki məntəqəsində apardığım müşahidələrə əsasən, deyə bilərəm ki, seçkilər şəffaf və sabit keçirilir. Seçicilərin fəallığı müşahidə olunur”.