YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda Milli Məclisə seçkilər başa çatıb

Noyabrın 1-də saat 08.00-da başlanan Azərbaycan Respublikası Milli Məclisinə seçkilər saat 19.00-da başa çatıb.

125 seçki dairəsini əhatə edən 5547 seçki məntəqəsində səsvermə keçirilib. Deputat mandatı uğrunda 767 namizəd mübarizə aparıb. Seçkilərdə ümumilikdə 22 siyasi partiya iştirak edib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçki prosesinin gedişini 503 beynəlxalq, 66 min yerli müşahidəçi, eləcə də 27 beynəlxalq kütləvi informasiya vasitəsinin 40-dan çox nümayəndəsi izləyib.