YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arye Qut: Bu seçkilər Azərbaycanın gələcək demokratik inkişafı prosesinə öz töhfəsini verəcək

Azərbaycandakı bugünkü seçkilər ölkədə demokratik prosesin inkişafında çox mühüm mərhələdir, Azərbaycanda seçki prosesi şəffaf oldu.

Bu sözləri AZƏRTAC-a beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, Azərbaycana müşahidəçi kimi gələn Arye Qut bildirib. O deyib: “Mən israilli, amerikan və alman həmkarlarımla 4 seçki məntəqəsində oldum. Hər şey çox yüksək səviyyədə keçir, səsvermənin gedişində heç bir pozuntu və problem yoxdur. Mən diqqət yetirdim ki, Azərbaycan vətəndaşları böyük istək və qətiyyətlə öz namizədinə səs verməyə gəlirlər. Mənim bütün həmkarlarım səsvermə prosesinin yüksək hazırlıq səviyyəsini və transparentliyini qeyd ediblər”.

Arye Qut diqqətə çatdırıb ki, Azərbaycanda seçkilərdə səsvermə prosesi çox yaxşı təşkil olunub və çox ölkələr üçün nümunə ola bilər.

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut deyib: “Mən həmişə vurğulayıram ki, Azərbaycan islam dünyasının tərəqqisinin mayakıdır. Bu gün Azərbaycan bunu bur daha sübut etdi. Azərbaycan parlamentinə seçkilər prosesini öz müşahidəçi həmkarlarımla müxtəlif məntəqələrdə çox diqqətlə izlədim. İsrail dövlətinin vətəndaşı, İsraildəki qeyri-hökumət təşkilatının rəhbəri kimi Azərbaycan xalqının tam sərbəst, transparant və dinc şəraitdə deputatlığa namizədlərinə səs verməsindən qürur duydum və təsirləndim”.

Arye Qutun fikrincə, bu seçkilər bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti seçkilərin demokratik şəraitdə keçirilməsində maraqlıdır. O deyib: “Mənim deputatlığa namizəd olan yaxın dostlarım var. Onlar mənə deyiblər ki, namizədlərin qeydiyyat prosesi, təşviqat kampaniyası, habelə seçkilər demokratik ölkələrdəki prosedurlardan heç nə ilə fərqlənmir. Əminəm ki, Azərbaycan xalqı bu seçkilərdə yeni parlamentə ləyaqətli oğul və qızlarını seçəcək. Ümidvaram və inanıram ki, bu seçkilər Azərbaycanın gələcək demokratik inkişafı prosesinə öz töhfəsini verəcək”.

Arye Qut parlament seçkilərinə müşahidəçi kimi dəvət edildiyinə görə Azərbaycan Mərkəzi Seçki Komissiyasına təşəkkürünü bildirib.