YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Doqquz ayda dəniz nəqliyyatı ilə 5,2 min sərnişin daşınıb

2015-ci ilin yanvar-sentyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5,1 milyon ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,2 faiz azalıb. Yüklərin 68,2 faizini neft yükləri təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, dəniz limanlarında 6,5 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 94,3 faizini tranzit yüklər təşkil edib. 2015-ci il oktyabr ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 94,9 min ton idxal yükləri olub.

Ötən müddətdə bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 46,8 faiz azalaraq 5,9 min nəfər olub.