YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropalı müşahidəçilər: Seçkilər demokratik standartlara uyğun keçirilib

Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) missiyasının üzvləri Azərbaycanda baş tutan parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçiriblər. Secki-2015.az saytının xəbərinə görə, missiyanın üzvü, Avstriyanı təmsil edən Volfqanq Qrossruk bildirib ki, Mərkəzi Seçki Komissiyasının quraşdırdığı veb-kameralar səsvermə məntəqələrində onlayn müşahidəyə imkan yaratdı: “Müşahidələrimiz əsasında deyə bilərik ki, Azərbaycanda seçkilər sakit keçib. Səsvermə məntəqələrinə sərbəst giriş olub. Seçicilərin qeydiyyatı ilə bağlı heç bir problemlər olmayıb. Hər dairədə azı 4 nəfər olmaqla, 10-dan artıq namizəd mübarizə aparıb. Səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil aparılıb”.

Birləşmiş Krallığı təmsil edən  Maykl Hankok isə səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda müşahidəçilərin iştirak etdiyini vurğulayıb:  “Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını tam izlədi və heç bir problem qeydə almadı. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi”.