YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda keçirilən seçkilər qabaqcıl ölkələrə belə nümunə kimi göstərilə bilər

Noyabrın 2-də “Parlament-2015” Seçki Monitorinq Koalisiyası Milli Məclisə keçirilən seçkilərlə bağlı apardıqları monitorinqin nəticələrini açıqlayıb.

Koalisiyanın koordinatoru Rufiz Qonaqov qurumun Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi tərəfindən yaradıldığını qeyd edib. Monitorinqin 118 seçki dairəsində 500 müşahidəçi ilə birgə aparıldığını qeyd edən R.Qonaqov Azərbaycanda keçirilən seçkilərin qabaqcıl ölkələrə belə nümunə kimi göstərilə biləciyini vurğulayıb.

Bildirilib ki, müşahidəçilər seçki bülletenlərinin verilməsi, səsvermə kabinəsindən kənarda protokolların yazılması prosesində iştirak ediblər. Koalisiyanın üzvləri seçkilər zamanı hər hansı insidentə rast gəlmədiklərini bildiriblər.

Mətbuat konfransında “Parlament-2015” Seçki Monitorinq Koalisiyasının işinin metodologiyası, səsvermə prosesinə hazırlıq, səsvermənin təşkili, seçki bülletenlərinin verilməsi, prosesin izlənməsi, səsvermə kabinəsindən kənarda aparılan müşahidə, səslərin sayılması, protokolların yazılması barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, səsvermə prosesinə hazırlıq, səsvermə, səslərin sayılması, protokollaşdırılmasında şəffaflığa riayət olunub. Koalisiya seçkilərin yüksək səviyyədə keçirildiyini və nəticələrin seçicilərin iradəsini əks etdirdiyini bildirib.