YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlament seçkilərində son 4 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov V çağırış Milli Məclisə seçkilərdə qalan 4 seçki dairəsi üzrə lider namizədlərin adlarını açıqlayıb.

Məzahir Pənahov deyib ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsində 70,3 faiz səslə Tahir Süleymanov, 118 saylı Ağdam şəhər seçki dairəsində 66,4 faiz səslə Bəxtiyar Əliyev, 121 saylı Laçın seçki dairəsində isə 62,5 faiz səslə Mahir Abbaszadə lider namizədlərdir. 35 saylı Xətai üçüncü seçki dairəsində 47,3 faiz səslə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə lider namizəd olub.

Qeyd edilib ki, 125 seçki dairəsi üzrə 5547 seçki məntəqəsindən daxil olan 2 milyon 894 min 515 seçki bülleteninin sayılması prosesi başa çatıb.