YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyalı müşahidəçilər: Azərbaycan bu seçkilərdə beynəlxalq demokratik standartlara doğru daha bir addım atdı

Azərbaycanda keçirilən parlament seçkilərini Almaniya ictimai-siyasi xadimlərindən ibarət qrup da izləyib. Qrupun üzvlərinin açıqlamasında seçkilərin demokratik, şəffaf və ədalətli keçdiyi bildirilib.

Noyabrın 2-də keçirilən mətbuat konfransında müşahidə qrupunun rəhbəri Eduard Lintner deyib: “Seçki məntəqələrində və ətrafda apardığımız müşahidələr zamanı qanun pozuntusu qeydə almadıq. Nümayəndə heyətinin üzvləri demokratik qaydaların pozulması və ya ümumiyyətlə hər hansı zorakılıq halları müşahidə etmədi. Almaniya nümayəndə heyətinin bütün üzvləri parlament seçkilərinin demokratik keçdiyinə əmindir. Azərbaycan bu seçkilərdə beynəlxalq demokratik standartlara doğru daha bir addım atdı.

Qeyd edək ki, müşahidə qrupuna Almaniya Bundestaqının, Bavariya parlamentinin üzvləri və sabiq parlamentarilər, Almaniya Federal Hökuməti və Bavariya Əyaləti Hökumətinin keçmiş nümayəndələri daxildir.