YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: Parlament seçkilərinin əsas nəticəsi və ortaya qoyduğu başlıca reallıq Prezident İlham Əliyevin liderliyinin, rəhbərliyi altında keçirilən siyasətin alternativsizliyinin növbəti təntənəsidir

“Hesab edirəm ki, parlament seçkilərinin əsas nəticəsi və ortaya qoyduğu başlıca reallıq Prezident İlham Əliyevin liderliyinin, rəhbərliyi altında keçirilən siyasətin alternativsizliyinin növbəti təntənəsidir. Təbii ki, Azərbaycan cəmiyyəti, o cümlədən cənab Prezidentin rəhbəri olduğu Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən növbəti parlament seçkilərinin bu nəticəsini və ortaya qoyduğu həqiqəti birmənalı şəkildə qəbul edir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Azərbaycan”qəzetinə müsahibəsində deyib.

Əli Əhmədov bildirib ki, hər seçki bir sınaqdır və yaxşı hazırlaşanlar bu sınaqdan uğurla çıxırlar. YAP ənənəvi olaraq hər bir seçki kampaniyasına kifayət qədər ciddi hazırlaşır. Həyat, təcrübə göstərir ki, seçki kampaniyası zamanı YAP-ın, partiyamızın çoxsaylı fəallarının ayrı-ayrılıqda göstərdiyi fədakarlıq, çəkdiyi əziyyətlər öz bəhrəsini verir. 2015-ci ilin parlament seçkiləri də bu mənada istisna olmadı. Onun sözlərinə görə, YAP iki ay davam edən seçki kampaniyası dövründə uğurlu seçki strategiyası müəyyən edərək həyata keçirdi. Bu seçki kampaniyası partiyamızın müəyyənləşdirdiyi ümumi strateji xəttə və hədəflərə uyğun qurulmuşdu.

“YAP bu seçki kampaniyasını “Yeni hədəflərə doğru” şüarı ilə keçirirdi. Əlbəttə, bu, təsadüfi deyildi. Azərbaycanın inkişafında yeni mərhələnin başlanması cəmiyyət tərəfindən qəbul olunan həqiqətlər sırasındadır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında ölkəmizin inkişafı ilə əlaqədar müəyyənləşdirdiyi hədəflər dövlət başçısının siyasətinin islahatlar qanadının yeni mərhələsinin başladığından xəbər verir. Bu isə YAP-ın seçki kampaniyasının ümumi məfkurəsinin hazırlanmasında özünü göstərdi. Beləliklə, YAP iki ay müddətində çox geniş seçki kampaniyası həyata keçirdi. Bu prosesə YAP-ın çoxsaylı insan və eyni zamanda təşkilati resursları cəlb olunmuşdu. Partiyamızın fəal üzvləri seçki kampaniyasının müxtəlif mərhələlərində ayrı-ayrı seçki hərəkətlərinin həyata keçirilməsində yaxından iştirak etdilər. Nəticə etibarilə ümumi seçkinin həyata keçirilməsi üçün lazım olan tədbirlər görüldü. Ən başlıcası, YAP-ın böyük potensialı uğurla səfərbər edildi. Bir yandan fəallarımız, digər yandan çoxsaylı üzvlərimiz, partiyamızı dəstəkləyənlər, təəssübkeşlər seçki kampaniyasına bu və ya digər dərəcədə cəlb edildilər. Məmnunluq hissi ilə bildirirəm ki, irəli sürdüyümüz namizədlərin uğurla qeydə alınmasından başlamış onların təşviqatın aparılmasına qədər bütün mərhələlərdə YAP-ın fəalları, o cümlədən xüsusilə demək istəyirəm ki, gənc fəalları böyük fədakarlıq nümayiş etdirdilər. Xüsusilə qarşımıza qoyduğumuz hədəflərin, müəyyənləşdirdiyimiz “Yeni hədəflərə doğru” şüarının mahiyyətinin seçicilərin diqqətinə çatdırılması ilə əlaqədar çox böyük təşviqat işi həyata keçirildi. Müxtəlif görüşlərdə aparılan söhbətlər əsnasında biz YAP olaraq növbəti beş il üçün Azərbaycan vətəndaşlarına nələri vəd etmək niyyətində olduğumuzu çatdıra bildik”- deyə Əli Əhmədov vurğulayıb.