YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fərhad Hacıyev: Azərbaycan gənclərində ən böyük müsbət cəhət onların vətənpərvərliyidir

«Azərbaycan gənclərində ən böyük müsbət cəhət onların vətənpərvərliyidir. İnsanlarımız, gənclərimiz indi daha çox vətənpərvərdir. Onlar torpağa, millətə, ölkəmizə, dövlət başçımıza bağlıdırlar. Biz istər Azərbaycanda, istərsə də xaricdə yaşayan gənclərimizlə əməkdaşlıq edirik. Xaricdə yaşayan gənclərimizin təqdim etdiyi layihələrin çoxu Azərbaycanla bağlı olur». Bu fikirləri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib. F.Hacıyev bildirib ki, bugünkü gənclik sabahımız üçün sağlam təminat yaradır. Onun sözlərinə görə, müasir peşəkar kadrların hazırlanmasına ciddi fikir verilir.

«Dünyanın hətta inkişaf etmiş bir çox dövlətlərində də gənclərin maraqları və istəklərini bu qədər əks etdirən gənclər siyasəti mövcud deyil. Son illər cənab Prezident dəfələrlə gənclərlə görüşlər keçirmiş, onların fikirlərini, təkliflərini dəstəkləmişdir. Ölkədə genişmiqyaslı gənclərlə bağlı infrastrukturun yaradılması prosesi gedir. Bölgələrdə gənclərin istifadəsi üçün gənclər evləri və idman obyektləri açılır. Təbii ki, bunların hamısı ölkə Prezidentinin gənclərə olan diqqət və qayğısı nəticəsində həyata keçirilir»- deyə, icraçı direktor qeyd edib.