YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Energetika sahəsində davamlı inkişaf ölkənin qarşısında bacarıqlı kadrların hazırlanması tələbini qoyur

«Prezident İlham Əliyev tərəfindən enerji sahəsinə göstərilən diqqət və görülən işlər sayəsində Azərbaycanın bu sahədə müstəqilliyi tam təmin olunub. Energetika sahəsində davamlı inkişaf ölkənin qarşısında bacarıqlı kadrların hazırlanması tələbini qoyur». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

Yanacaq-energetika kompleksinin ölkənin iqtisadiyyatında aparıcı rol oynadığını deyən nazirin sözlərinə görə, hazırda ölkədə təhsilin müxtəlif səviyyələrində energetika sektoru üçün mütəxəssislər hazırlanır.

M. Cabbarov qeyd edib ki, “2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı 2014-2015-ci il tədris ilində təhsil pillələrində energetika sahəsinin tələbatı nəzərə alınaraq ali təhsildə qəbul əvvəlki illərə nisbətən artırılıb.

«6 ayrı təhsil müəssisələrində bakalavriat və magistratura səviyyəsində 3 ixtisas üzrə - elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi və istilik energetikası mühəndisliyi ixtisasları üzrə kadrlar hazırlanır. Energetika sahəsində kadr hazırlığına tələbatın ildən-ilə artmasını nəzərə alaraq bu ixtisaslar üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu artırılıb. Belə ki, cari tədris ilində bu ixtisaslara qəbul planı əvvəlki 2 ilə nisbətən 534-dən 625-ə artırılıb ki, bu da təxminən 20 % artım deməkdir»- deyə, nazir vurğulayıb.