YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Ölkəmizdə böyük inkişafa və irəliləyişlərə nail olunub

«Son illər ölkəmizdə böyük inkişafa və irəliləyişlərə nail olunub». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, Azərbaycan iqtisadi inkişafının xüsusi bir modeli var. Onun sözlərinə görə, bu model beynəlxalq müstəvidə də qəbul edilir.

«Təbii ki, bu modelin tərkib hissəsi də qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektorunun inkişafı deyəndə, sahibkarlıq mühiti üçün daha da yeni imkanların yaradılması, biznes mühitinin formalaşdırılması, beynəlxalq miqyasda rəqabətə davamlı məhsulların istehsalı və s. kimi başa düşmək olar. Əlbəttə ki, bu iş həm regionlarda, həm də şəhərlərimizdə yüksək səviyyədə icra olunur»- deyə, A.Badamov qeyd edib.