YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Yeni Azərbaycan Partiyasının fəaliyyətinin mühüm istiqamətlərindən biri ölkədə keçirilən seçkilərdə yaxından və fəal şəkildə iştirak etməkdir. Ötən illər ərzində Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası böyük uğurlar əldə etmişdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası məqsədyönlü fəaliyyəti ilə yarandığı gündən xalqın partiyasına çevrilmiş, seçkilərdə əldə etdiyi qələbələri ilə bu həmrəyliyi bir daha nümayiş etdirmişdir. Belə ki, 1992-ci ildə çox ağır şəraitdə yaradılan Yeni Azərbaycan Partiyası yarandığı gündən çox şərəfli bir yol keçərək, cəmiyyətin əsas aparıcı siyasi təşkilatına çevrilmişdir. Sözlə əməl birliyi, partiya üzvlərinin ulu öndər Heydər Əliyev ideyalarına və onun layiqli davamçısı olan Azərbaycan Respublikasının  Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə sədaqəti YAP-ın ölkədə nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ölkədə keçirilən bütün seçki kampaniyalarında fəal iştirak edərək, qalib olmuşdur.