YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Cənab İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində 86,03 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçkilər 11 aprel 2018-ci ildə keçirilmişdir. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşlarının 74.3 % (3,397,664 seçici) iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, müdrik seçim etmişdir. Bu seçim cənab İlham Əliyevdir. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə  yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.

Seçkilərdəki qalibiyyəti şərtləndirən amillərdən biri də heç şübhəsiz, seçki kampaniyası dövründə təbliğat-təşviqat işinin uğurlu və məqsədyönlü aparılması ilə bağlıdır. Seçkilərə “İlhamla irəli” şüarı ilə qatılan YAP təşviqat kampaniyasını daha səmərəli və məqsədyönlü qurmuş, yerlərdə rayon (şəhər) təşkilatlarının həyata keçirdikləri təşviqat xarakterli mitinq, toplantı, yürüş və digər tədbirlərdə yüz minlərlə seçicinin işrirak etdiyi görüşlər və möhtəşəmliyi ilə diqqəti cəlb edən 41 mitinq-konsert və zirvə görüşü təşkil etmişdir.

Ümumilikdə isə YAP-ın seçki kampaniyası zamanı  Azərbaycanın bütün bölgələrini əhatə etməklə 2 milyona yaxın seçicinin iştirak etdiyi 2 minə qədər görüş keçirilmişdir.