Yeni Azərbaycan Partiyası
dünənin, bu günün və gələcəyin partiyasıdır!

MÜSAHİBƏLƏR

11px13px15px17px
5.09.2012 10:46

Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan xalqının uğurlu və sevincli nailiyyətləri davamlı olacaq

Müsahibimiz Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradovadır

- Bahar xanım, Ramil Səfərovun azadlığa qovuşması Azərbaycanda ümumxalq sevincin yaranmasına səbəb oldu. Sizcə, bu sevincin əsasında hansı amillər durur?
- Hər şeydən əvvəl onu deyim ki, Azərbaycanın əsas rəmzlərindən biri olan dövlət bayrağı uğrunda öz gələcəyini düşünmədən, canını təhlükəyə atan bir gənc zabitin dövlətçiliyi və xalqının maraqlarını öndə tutmasına münasibət bildirmək lazımdır. Burada Vətənə və dövlət atributlarına hörmətlə yanaşmanın ən yüksək dərəcəsinin mövcudluğundan danışılmalıdır. Ramil Səfərova verilən ömürlük həbs cəzası Azərbaycan və türk düşmənlərinin göstərdiyi səyin nəticəsi idi və bu faktor zabitimizin hərəkətlərini şərtləndirən bütün səbəbləri tamamilə gözardı edirdi. Ramilə cazanın verildiyi gündən heç bir Azərbaycan vətəndaşı bununla barışmırdı və qərarın ədalətli olduğuna qətiyyən inanmırdı. Hətta, cəmiyyətə hakim kəsilmiş düşüncə ondan ibarət idi ki, Ramil Səfərov adekvat hökmlə cəzalandırılmadı. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin, xalqının xoşməramlı səyləri öz bəhrəsini verdi və 8 ildən artıq həbsdə olmuş Ramil Səfərov Vətənə qayıtdı.
Bütün beynəlxalq hüquqi normalara konvensiyalara müvafiq şəkildə Azərbaycana ekstradisiya olunan Ramil Səfərov dərhal Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə azad olundu. Onun qayıdışını möhtəşəm edən də məhz, dərhal həbsdən azad olunması idi. Ramil Səfərovun Vətəninə ayaq basan kimi vətəndaşlıq vəsiqəsini alması, milli ordu sıralarında öz vəzifəsinə bərpası yüksək dəyərləndirilməlidir və bu hadisə yüksək sevincə layiqdir. Artıq bir neçə gündür biz də hiss edirik ki, Azərbaycan ictimaiyyətində hər kəs bu sevinci öz sevinci kimi qəbul edir. Ona görə də, hər bir vətəndaş Prezidentin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir.
Əlbəttə ki, bu məsələdə düşmən dairələr tərəfindən müxtəlif yanaşmalar müşahidə etdik. Lakin sözügedən hadisəni başqa yöndə dəyərləndirənlərin sayı dəstəkləyən və təqdir edənlərin yanında çox az idi. Bütün bunlara baxmayaraq, xalq Ramil Səfərovun Vətəninə qayıdışına sevinir. Çünki müstəqil Azərbaycan Respublikasının dövlət atributları heç bir şəkildə təhqir oluna bilməz. Hər bir vətəndaşın da borcudur ki, nəyin bahasına olursa-olsun onları qorusun. Ramil Səfərov bunu bacardı və Azərbaycan xalqı da onun bu hərəkətini dəyərləndirdi. Dövlət başçısı da öz qətiyyəti və cəsarəti ilə bugünkü nəticəni otaya qoydu. Düşünürəm ki, Azərbaycan xalqını qarşıda hələ çox sevindirici hadisələr gösləyir.
- Ümumiyyətlə, Ramil Səfərovun azad olunması cəmiyyətdə yeni bir qənaəti formalaşdırdı. Bu, Dağlıq Qarabağın Ermənistanın işğalından azad olunacağı günün uzaqda olmaması ilə bağlıdır. Məhz, bu düşüncəni necə izah edə bilərsiniz?
- Tarixə nəzər salsaq, Dağlıq Qarabağın işğal edildiyi dövrlə müqayisədə indiki Azərbaycanın kifayət qədər güclü dövlət olduğunu bir daha anlamış olarıq. Yəni, ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan inkişaf göz önündədir. Güclü, qüdrətli və zəngin bir dövlətin qarşısında bu kimi məsələlərin həlli daha da asanlaşır.
Etiraf edilməlidir ki, Azərbaycan son illərdə bir-birinin ardınca beynəlxalq miqyasda dəyərləndirilən böyük uğurlara imza atır. BMT-nin qeyri-daimi üzvü seçilmiş Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə də ev sahibliyi edir. Dünya enerji və ərzaq təhlükəsizliyi, terrorla mübarizə məsələlərində öz tövsiyələrini verir. Azərbaycan ordusu, iqtisadiyyat və sosial sfera da inkişaf etməkdədir. Beləliklə də, Azərbaycan bütün sahələrdə kapitalını getdikcə artırmaqdadır.
Məhz, bu inkişaf nəticəsində əldə olunmuş güc bir sıra məsələlərin həllini asanlaşdırır. Ramil Səfərovun ekstradisiyası və azadlığa qovuşdurulması da həlli asanlaşmış məsələlərdən biridir.
Ölkədə aparılan bütün islahatların məqsədi güclü dövlət yaratmaq və insanların rifah halını yüksəltməkdirsə, eyni zamanda, bir nömrəli problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsidir. Bütün uğurlarımız da bizi həlli mühüm və vacib olan bu məsələnin həllinə addım-addım yaxınlaşdırır.
Bu inkarolunmaz faktdır ki, Azərbaycanda sevinclə qarşılan hər bir uğur Ermənistan üçün məğlubiyyətdir. Azərbaycanın istənilən sahədə əldə etdiyi nailiyyət Ermənistanda qarşısıalınmaz prosesləri başladır.
Ümumiyətlə, bu günkü reallıqlar onu göstərir ki, Ermənistanın yalan və böhtan üzərində qurduğu siyasət puç olmaqdadır. Normal məntiqi olan Ermənistan vətəndaşları da bunu anlayırlar. Təsadüfi deyil ki, Ermənistan cəmiyyətində bu gün çox ziddiyətli proseslər baş verməkdədir. Bütün bunlar isə Dağlıq Qarabağ məsələsində də onların məğlubiyyətə uğrayacaqlarına işarə edir. Əksinə Azərbaycanda isə hər bir uğur gələcəyə olan inamı artırır, ümidləri doğruldur və möhkəmləndirir. Ona görə də ayrı-ayrı şəxslərin dilində bu fikir səslənir ki, bu gün Ramil Səfərov, sabah isə Dağlıq Qarabağ...
Təbiidir ki, Dağlıq Qarabağ probleminin həllinə artan inam iqtidarın apardığı siyasətin sosial dayaqlarını möhkəmləndirir, həmçinin, bu inama köklənən xalqımız daha artıq səylər göstərməklə Ermənistanı tutduğu qeyri-konstruktiv mövqedən çəkinməyə vadar edir.
- Ramil Səfərovun 8 il əvvəlki addımı bu gün cəmiyyətimizdəki bəzi fərdlər tərəfindən qınanılır. Hətta, bu fərdlərin fikirləri ermənilərin və digər anti-Azərbaycan dairələrinin bəyanatları ilə assosiasiya təşkil edir. Sizcə, həmin fərdlərin bu cür addımlarına nə ad vermək olar?
- Bu məsələ elədir ki, ona fikir bildirməmək də olar. Lakin münasibət olmayanda da mənfi nəticələrlə üzləşmək mümkündür. Ona görə də, bəzi insanlar bütövlükdə Azərbaycan cəmiyyətinin onlara qarşı olan qınağını hiss etməlidir. Çünki, söhbət milli məsələdən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan xalqının milli maraqlarından gedirsə, o zaman vahid mövqe sərgiləməlidir.
Bəzən kimlərsə özünü daha demokrat olduğunu göstərməyə çalışır, kimlərsə beynəlxalq hüququ daha yaxşı «bildiyini» nümayiş etdirməyə çalışır, kimlərsə mövcud iqtidarın atdığı müsbət addımların üzərinə kölgə salmaq və öz maraqları naminə, siyasi divident əldə etmək üçün hədyanlar səsləndirirlər. Hətta, bəziləri ümumi sevincə şərik olduğunu heç də səmimi söyləmir. Mən bu kimi insanlara şəxsi və qrup maraqlarını milli və dövlət maraqlarından üstün tutmamağı tövsiyə edərdim. Hazırki vəziyətdə ermənilərin və beynəlxalq erməniçiliyin, bəzi qərəzli beynəlxalq dairələrin Azərbaycana edilən hücumlara içəridən dəstək verməməyə çağırıram. Ən əsası isə həmin fərdləri insaflı və Azərbaycançı olmağa dəvət edirəm. Çünki, əks hadisə Ermənistanda baş versə idi, mən sizi əmin edirəm ki, bu və buna bənzər hadisələrə çox az rast gəlinərdi. Demək olar ki, heç olmazdı.
Çox təssüflər olsun ki, bu gün bütün dünyanın terorçu kimi tanıdığı Ermənistanda və onun hüdudlarından kənarda erməni məsələsini dəstəkləyən ölkələrdə azadlığa çıxan terrorçuların qəhrəman elan olunduğu, onlara abidələrin qoyulduğu halda Azərbaycanda anti-milli mövqe sərgiləyən vətəndaşlar da tapılır. Mən həmin fərdləri Azərbaycan xalqı və dövləti üçün ürəkdən sevinməyə çağırıram.
- Azərbaycan Ordusunun zabitinin azad olunması cəmiyyətimizin sosial-psixoloji vəziyyətinə hansı yeni çalarları əlavə etdi?
- Ramil Səfərovun azad olunması cəmiyyətimizin sosial-psixoloji durumna necə təsir etməsini hər kəs gördü. Lakin bu hadisə ilə bağlı hər kəsdən çox sevinən və hisslərini büruzə verən məhz Azərbaycan gəncliyi oldu. Öz ürək sözlərini cəsarətlə deyən, Ali Baş komandana müraciətlər və təşəkkürlər edən, həmçinin, dünyanın bəzi dövlətlərinin ədalətsiz mövqeyinə etirazlar nümayiş etdirən də gəncliyimiz oldu.
Gənclik doğrudan da onları hərəkətə gətirən enerjisini xalq, dövlət və millət üçün vacib olan istiqamətə yönəltməyə hazırdır. Onlar öz qəhrəmanı ilə eyni cəmiyyətdə yaşamaqdan ruhlanırlar və bundan gələcək fəaliyyətləri üçün stimul götürürlər. Bu onların yolunun müəyyənləşməsində, öz məqsədlərinə çatmaq üçün düzgün yolu seçməsində çox əhəmiyyətli bir hadisədir.
Əlbəttə ki, cəmiyyətin bütün zamanlarda ideallaşdırılmış qəhrəmanlara ehtiyacı olur. Amma burada Ramili ideallaşdırmağa ehtiyac yoxdu. Çünki, onun bioqrafiyası çox şey deyir. Ramilin şəxsiyəti, Azərbaycana münasibəti, ən azından məhkəmənin gedişindəki davranışı onun nə dərəcədə yetkin gənc olduğunu sübut edir. Azərbaycan gəncliyi də bunu dəyərləndirir.
- Bahar xanım, vitse-spiker və Ermənistanın təcavüzünə məruz qalmış rayonun millət vəkili kimi cəmiyyətə hansı fikirləri çatdırmaq istərdiniz...
- Hər şeydən əvvəl Azərbaycan xalqını təbrik edirəm və Ali Baş komandan, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Xarici ölkədə ədalətsiz şəkildə ömürlük həbsə məhkum edilmiş, Dağlıq Qarabağ müharibəsindən əziyyət çəkmiş, öz yurdundan didərgin düşmüş bir Azərbaycan gəncinin Vətəninə, ailəsinə qaytarılması və dövlətinə xidmət etməyə davam etməsi böyük uğurdur. Bir daha vurğulamaq istəyirəm ki, bu hadisə, insanlarımızda Dağlıq Qarabağın tezliklə azad olunacağına inamını daha da artırır. Bu münasibətlə mən bir daha xoş sözlərimi Azərbaycan xalqına, Ramil Səfərovun ailəsinə çatdırmaq istəyirəm. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan xalqının uğurlu və sevincli nailiyyətləri davamlı olacaq.

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto
Çap et   Geri   Yuxarı

Video

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur

Konfranslar Arxiv

15.08.13 | 11:07

 

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun ikinci toplantısı keçirilmişdir

Rayon təşkilatları

Sorğu

2014-cü ildə Azərbaycana nə arzulayırsınız?
İşğal olunmuş torpaqlarımızın azad olunmasını
Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasını
Sabitliyimizin qorunub saxlanmasını
Əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılmasını