YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətənin qəhrəman övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı RİH başçısı aparatının şöbə müdiri Samir Hüseynov, baş məsləhətçi Etibar Quliyev və RİH başçısının müavini Zülfiyyə Məmmədhüseynova çıxış ediblər.

Qeyd olunub ki, Konstitusiya hər bir dövlətin siyasi-hüquqi sisteminin təməlini təşkil edən, onun suverenliyini və hüquqi statusunu müəyyən edən ali normativ-hüquqi sənəddir. Konstitusiya həmçinin ölkənin sosial-iqtisadi inkişaf istiqamətlərini, dövlət orqanlarının səlahiyyət bölgüsünü və vətəndaşların hüquq və azadlıqlarının təminat mexanizmlərini müəyyənləşdirir.

Vurğulanıb ki, müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul olunmuş, sonrakı illərdə - 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində bir sıra mühüm dəyişikliklərə uğramışdır. Bu dəyişikliklər Konstitusiyanın demokratik prinsiplərə uyğun təkmilləşdirilməsini, hüquqi sistemin beynəlxalq standartlara inteqrasiyasını və vətəndaşların hüquqlarının daha geniş təmin olunmasını hədəfləmişdir.

Qeyd olunub ki, Konstitusiyanın böyük hissəsi birbaşa insan hüquqları və vətəndaş azadlıqlarına həsr olunub. Bu maddələr beynəlxalq hüquqi sənədlər – BMT-nin İnsan Hüquqları Bəyannaməsi və Avropa İnsan Hüquqları Konvensiyası prinsiplərinə uyğun hazırlanmışdır. Burada bütün vətəndaşların - dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən və digər fərqliliklərindən asılı olmayaraq – hüquqi bərabərliyinin təmin olunması əsas prinsip kimi təsbit edilib.

Çıxışlarda o da bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Konstitusiyası ölkənin bütün ərazisində hüquqi dövlət prinsiplərini gücləndirir, demokratik idarəetmənin bərqərar olmasına və vətəndaş hüquqlarının institusional müdafiəsinə xidmət edir: “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər dövlətçiliyimizin əsaslarını möhkəmləndirir və Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha təsdiq edir”.

DİGƏR Xəbərlər Arxiv