YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Konstitusiyanın 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Göygöl rayonunda “Kostitusiya və Suverenlik İli” çərçivəsində Konstitusiyanın 30 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Kontitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Göygöl Rayon Prokurorunun köməkçisi Elçin Abbasov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, QƏQİB Göygöl rayon filialının sədri Araz Abbasov, YAP fəalləarı, ziyalılar və gənclər iştirak edib.

Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl RİH başçısının müavini Kəmalə İbrahimova, Göygöl Rayon Prokurorunun köməkçisi Elçin Abbasov, RİH-in Hüquq şöbəsinin müdiri Təhminə Şəbəndəyeva, Peşə məktəbinin direktoru Kəmalə Nəhmədova, Gənclər Evinin mütodisti Gülmira Əbdülkərimova və digər natiqlər çıxış edərək Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıblar. Onlar ərazi bütövlüyümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasını tarixdə qazanılan ən parlaq Zəfər kimi səciyyələndiriblər.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin sonlarında bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılması və onun əbədiliyinin təmin olunması istiqamətində müdrik addımlar atıb. Ümummilli Liderin rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyası hazırlanaraq tariximizin ən vacib hadisələrindən biri kimi 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu yolu ilə qəbul edilib.

Vurğulanıb ki, Əsas Qanunda ali hakimiyyətin yeganə mənbəyinin məhz xalqa məxsusluğunun bəyan edilməsi, insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinin icra, qanunvericilik və məhkəmə orqanlarının ümdə vəzifəsi olaraq müəyyən edilməsi artıq dünya birliyində özünəlayiq yeri olan müstəqil Azərbaycanın ümumbəşəri demokratik imicini daha da yüksəldib.

Tədbirdə, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə xalq-iqtidar-ordu birliyi hesabına qazanılan şanlı Qələbənin əhəmiyyəti, 44 günlük haqq mübarizəsində tarix yazan ordumuzun şücaəti, milli birlik, həmrəylik və iradə vəhdətini bütün dünyaya nümayiş etdirməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, eləcə də Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının əhəmiyyətindən söhbət açılıb. 

Tədbirin sonunda Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv