YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli Qurtuluş Günü: Güclü Azərbaycanın təməli”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Respublika Diaqnostika Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluş Günü: Güclü Azərbaycanın təməli” mövzusunda tədbir keçirilib.

Respublika Diaqnostika Mərkəzində təşkil olunan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın sədr müavini Elnarə Mustafayeva, Respublika Diaqnostika Mərkəzinin baş direktoru Rəşid Vəzirov və müəssisənin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Respublika Diaqnostika Mərkəzinin baş direktoru Rəşid Vəzirov bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından mühüm tarixi əhəmiyyətə malikdir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni siyasi böhrandan xilas etmiş, sabitlik və inkişafın əsasını qoymuşdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir, Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilərək mühüm nailiyyətlər əldə edir.

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla dövlətçiliyimizin xilası günü kimi yadda qalıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkədə mövcud olan siyasi böhran aradan qaldırılmış, vətəndaş qarşıdurmasının qarşısı alınmış və müstəqil dövlət quruculuğunun möhkəm təməli yaradılmışdır.

B.Nəbiyev vurğulayıb ki, Milli Qurtuluş ideologiyası bu gün də Azərbaycanın davamlı inkişafında, beynəlxalq nüfuzunun artmasında və dövlətçilik ənənələrinin möhkəmlənməsində öz əksini tapır. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurları, xüsusilə ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasını Ümummilli Liderin müəyyən etdiyi milli dövlətçilik strategiyasının təntənəsi kimi dəyərləndirib.

DİGƏR Xəbərlər Arxiv