YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib

20 sentyabr - Neftçilər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı üzrə SOCAR-ın Geologiya və Geofizika İdarəsinin ərazi partiya təşkilatında tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı üzrə SOCAR ərazi partiya təşkilatının sədri Ağəli Hüseynov 20 sentyabr - Neftçilər Günü münasibətilə peşə sahiblərini təbrik edərək onlara uğurlar arzu edib. Ağəli Hüseynov bildirib ki, Azərbaycanın regionun lider dövlətinə çevrilməsində məhz neftçilərin böyük əməyi, müstəsna xidmətləri olub: “1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış və bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış neft sazişi imzalanıb. Həmin strateji layihə müstəqil ölkəmizin dinamik inkişafında mühüm rol oynayıb. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib”.

Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, müasir tariximizin ən önəmli hadisələrini sadalamalı olsaq, onların sırasında Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışını və bu qayıdışın bilavasitə nəticəsi kimi dəyərləndirilən “Əsrin müqaviləsi” neft sazişinin imzalanmasını qeyd etmək yerinə düşər: “Sazişə əsasən, dünyanın nüfuzlu dövlətlərinin transmilli şirkətləri ölkəmizə cəlb olunub. Beləliklə, Azərbaycan iqtisadiyyatı qısa müddət ərzində yüksək inkişaf tempinə nail olub, vətəndaşların sosial rifahı davamlı olaraq yaxşılaşıb".

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası ötən illər ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında müstəsna rol oynayıb. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan misilsiz nailiyyətlər qazanıb.

Mili Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılıb: “Bu Fond neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə toplanan vəsaiti ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasına yönəldir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də məhz belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir. Neftçilərin ölkəmizin uğurlu inkişafında çox böyük rolu vardır. Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq”.

YAP fəalları – Əziz Mahmudov, Dadaş Həsənov, Zaur Axundov Yeni Azərbaycan Partiyasının müstəqillik tariximizin ən ağır və keşməkeşli mərhələsinin bütün sınaqlarından uğurla keçərək özünü doğrultmasından, ictimai-siyasi mühitdə hakim partiya olaraq ölkəmizin inkişafına töhfə verəsindən bəhs ediblər.

Çıxışlardan sonra ərazi partiya təşkilatına yeni sədr və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Ziya Rəhimov, sədr müavini isə Heydər Kazımov seçiliblər.

Tədbirin sonunda bir qrup neftçiyə diplom və xatirə hədiyyələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv