YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Seçiciləri Azərbaycanın inkişafı, firavan və xoşbəxt gələcəyi üçün YAP-ın namizədlərinə səs verməyə çağırıram

   100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamran Bayramov

- Kamran müəllim, məlum olduğu kimi, Azərbaycan çox mühüm siyasi hadisə ərəfəsidədir – fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçiriləcək. YAP tərəfindən sizin də Milli Məclisin deputatlığına namizədliyiniz irəli  sürülüb. Seçki prosesini və seçkiöncəsi mühiti necə xarakterizə etmək olar?

- Doğrudur, fevralın 9-da keçiriləcək parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında çox əhəmiyyətli hadisədir. Bu seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən yenidən 100 saylı Şəmkir-Daşkəsən seçki  dairəsindən  mənim namizədliyim irəli sürülüb. Bununla əlaqədar partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm. Söz verirəm ki, etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Deputat seçildiyim təqdirdə öz fəaliyyətimi davam etdirməklə seçicilərə daha yaxın olacam, ölkəmizi layiqincə təmsil edəcəm.

Ümumilikdə, seçkilər ölkəmizin tarixinin ən əhəmiyyətli və taleyüklü dövrünə təsadüf edir. Artıq Azərbaycan  güclü dövlətə çevrilib, regionda, dünyada öz sözünü deyir. Eyni zamanda, ölkəmizdə ötən illər ərzində çox böyük işlər görülüb. Hazırda cənab Prezidentin rəhbərliyi və təşəbbüsü ilə mühüm islahatlar həyata  keçirilir. İctimai həyatın elə bir sahəsi yoxdur ki, orada müsbət dəyişikliklər olmasın, islahatlar getməsin. Xoşbəxt insanlarıq ki, belə bir dövrdə yaşayırıq, bu intibahın, tərəqqinin canlı şahidi oluruq. Təbii ki, ölkəmizdə müşahidə olunan yeniliklər, uğurlar məhz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident  İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Düşünürəm ki, gələcəkdə daha böyük işlərin və islahatların şahidi olacağıq. Onu da qeyd etmək lazmdır ki, islahatların müəyyən bir hissəsi dövlət idarəçiliyi ilə bağlı olub. Dövlət idarəetməsinin optimallaşdırılması, səmərəsinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, mühüm kadr dəyişiklikləri baş verib.

Xatırladım ki, ötən ilin dekabrında bələdiyyə seçkiləri keçirildi. Bunun nəticəsində bələdiyyələrdə üzvlərin keyfiyyət dəyişikliyi baş verib, gənc üzvlərin, qadınların, ali təhsillilərin sayı artıb. Bu ilin fevralın 9-da keçiriləcək parlament seçkiləri də qanunvericilik işinin gücləndirilməsi baxımından mühüm hadisə olacaq. Bu, ölkəmizdə həyata keçirilən islahatlara adekvat olması, qanunvericilik təminatının təkmilləşdirilməsi baxımından bu seçkilər çox önəmlidir. Çox sevindirici bir haldır ki, parlamentin buraxılması YAP-ı Milli Məclisdə təmsil edən deputatların təşəbbüsü ilə baş verdi. Bu da onu göstərir ki, YAP cəmiyyətimizdə çox güclü siyasi təşkilatdır, cəmiyyət həyatında böyük rol oynayır və bu proses gələcəkdə də davam edəcək, partiyamız  yeni-yeni uğurlara imza atacaq.

- Təmsil etdiyiniz Şəmkir və Daşkəsən rayonlarında ötən müddət ərzində görülmüş işlərlə əlaqədar nə deyə bilərsiniz?

- Şəmkir rayonunda son 5 ildə rayona 300 milyon manat yaxın investisiya cəlb olunub. Açılmış daimi iş yerlərinin sayı 5 minə, mövsümi işlərdə çalışanlar isə 15 minə yaxındır. Bu illərdə Mərkəzi Xəstəxana inşa edilib, Zəyəm Texnologiyalar Parkı, Şəmkir Aqropark kimi iri istehsal müəssisələri yaradılıb.

Daşkəsən   rayonunda isə   son   4   ildə Qarabağ   müharibəsi   əlilləri   və   şəhid   ailələri   üçün fərdi   yaşayış   evlərinin     tikintisi   başa çatdırılıb. Eyni zamanda,  6 modul tipli məktəb tikilib quraşdırılaraq istifadəyə verilib. 2018-ci ildə  uzunluğu 25 km, əhalisi  3   min   nəfər   olan,  9   yaşayış   məntəqəsini  birləşdirən Daşkəsən–Əmirvar–Qabaqtəpə,  uzunluğu  20 km,  əhalisi  3  min  nəfər olan,  2019-cu  ildə isə  6 yaşayış   məntəqəsini   birləşdirən   27 kilometrlik Gəncə–Daşkəsən –Quşçu–Çovdar–Çaykənd   avtomobil yolunun tikintisi həyata keçirilib. Daşkəsən   rayonunun  2017-ci   ildə   Xoşbulaq   kəndi,  2018-ci   ildə  Qaraqullar, Qazaxyolçular, Zağalı,  Bayan, Quşçu kəndləri,   2019-cu ildə isə Quşçu, Quşçu Körpüsü və Daşkəsən qəsəbələri qazlaşdırılıb. Rayonda 2015-2019-cu illər ərzində 769 daimi olmaqla 1144 yeni iş yeri açılıb.

Mən də millət vəkili olaraq ötən dövrdə seçicilərimlə mütəmadi olaraq görüşmüşəm, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq qurumlara müraciət etmişəm. Əgər yenidən etimad göstərərlərsə, seçicilərimin bundan sonra da müraciətlərini, təkliflərini parlament tribunasından səsləndirəcəyəm.

- Təbliğat-təşviqat kampaniyası zamanı insanlarda seçki əhval-ruhiyyəsi necə görünür, müşahidələriniz və təəssüratlarınız nədən ibarətdir?

- Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə çoxsaylı görüşlər keçirmişəm.  İnsanlarla canlı təmas qururam. Tam əminliklə deyə bilərəm ki, seçki ilə bağlı çox yüksək əhval-ruhiyyə var. Ümumiyyətlə, ölkəmizin inkişafına böyük inam  və əminlik var.

İnsanlar islahatları dəstəkləyir, cənab Prezidentin kursunu böyük rəğbətlə qarşılayırlar. Onlar seçimlərinin Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində böyük inkişaf yolu keçmiş Yeni Azərbaycan Partiyasının namizədlərini olduğunu deyirlər. 

- Kamran müəllim, sonda seçicilərə sözünüzün nə olduğunu öyrənmək istərdik...   

- Seçiciləri 9 fevralda seçki məntəqəsinə gələrək daha güclü Azərbaycan naminə, ölkəmizin inkişafı, firavan və xoşbəxt gələcəyi üçün YAP tərəfindən irəli sürülmüş namizədlərə səs verməyə çağırıram!