YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abdin Fərzəliyev: YAP cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi statusunu möhkəmləndirib

Bu gün Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında partiyanın  yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının yaranmasının zərurətindən danışıb, o dövrdə baş verən hadisələrlə bağlı fikirlərini bildirib. A.Fərzəliyev qeyd edib ki, xalqımız 1992-ci ilin noyabrında Ulu öndər Heydər Əliyevin rəhbərliyi Yeni Azərbaycan Partiyasının yaradılmasını böyük sevinclə qarşılayıb. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı: “Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir”. 

A.Fərzəliyev bildirib ki, 2003-cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin ötən dövrdəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib: «YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir. Bu yaxınlarda ölkəmizdə keçirilmiş prezident seçkiləri Azərbaycan vətəndaşlarının cənab İlham Əliyevə böyük etimad bəslədiyini, Onun yürütdüyü siyasi kursu hərtərəfli dəstəklədiyini birmənalı olaraq təsdiqləyib».

Tədbirdə həmçinin, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, «91-lər hərəkatı»nın üzvü Əlişir Musayev, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, YAP Nərimanov rayon təşkilatının sədr müavini Vüqar Səfərli və başqaları çıxış ediblər.

Sonda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və bir neçə partiya fəalına fəxri fərmanlar, hədiyyələr təqdim olunub.

 

 

DİGƏR Xəbərlər Arxiv