YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Kütləvi informasiya vasitələri fəaliyyətlərində obyektivlik meyarını əsas götürməlidir

«Kütləvi informasiya vasitələri fəaliyyətlərində obyektivlik meyarını əsas götürməlidir». Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, dövlətimizin kütləvi informasiya vasitələrinin inkişafına hər cür dəstək verir. Onun sözlərinə görə, ölkədə söz və məlmat azadlığı tam təmin olunub.

«Eyni zamanda, mətbuatın müəyyən problemləri də dövlət tərəfindən həll olunur. Belə bir şəraitdə KİV-lər öz fəaliyyətlərində daim milli maraqları üstün tutmalı, obyektivlik meyarını qorumalıdırlar. Təəssüflər olsun ki,  bəzi xəbər portalları dəqiqləşdirilməmiş məlumatlar yayırlar. Bu da yaxşı hal deyil, çünki cəmiyyətdə narazılığa səbəb olur. Ona görə də, bu kimi KİV-lər öz fəaliyyətlərində diqqətli olmalıdırlar»- deyə, Ə.Amaşov vurğulayıb.