YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı nəticəyə hesablanmış addımlar atmalıdırlar

«ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı nəticəyə hesablanmış addımlar atmalıdırlar». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, həmsədrlər bu prosesdə ədalətli mövqe tutmalıdırlar. Onun sözlərinə görə, işğalçı Ermənistana təzyiq göstərilməsə, danışıqların yolu ilə ilə sülhün əldə edilməsi mümkün görünmür.

«Həmsədrlər tərəfləri görüşdürməklə vəzifəsini bitmiş hesab etməməlidir. Amma onlar belə görüşləri sanki bayram kimi təqdim etməyə çalışırlar. Amma nəticə olmayacaqsa, belə görüşlərin heç bir mənası yoxdur. İşğalçı Ermənistan görüşlərdə iştirak etməklə sülh tərəfdarı olması görüntüsü yaratmaq istəyir. Amma sülh istəyən başqasının torpağını işğal etməz»- deyə, Elman Məmmədov vurğulayıb.

 

  

DİGƏR Xəbərlər Arxiv