YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran İmanov: Tolerantlığın özünəməxsus modelini yaradan Azərbaycan hər bir yüksək mədəni irsi ümumbəşəri dəyər kimi qəbul edir

«Tolerantlığın özünəməxsus modelini yaradan Azərbaycan hər bir yüksək mədəni irsi ümumbəşəri dəyər kimi qəbul edir». Bu fikri Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

K.İmanov bildirib ki, bu məsələlər Azərbaycan dövlətinin siyasətində, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. Onun sözlərinə görə, “Tolerantlıq ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir işlərinin aparılması, bir sıra mühüm tədbirlərin həyata keçirilməsi də məhz ayrı-ayrı konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin inkişafına xidmət edir.

«Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Romada imzaladığı ikitərəfli sazişlər əsasında xristian aləmi üçün mühüm hesab edilən abidələrin - katakombaların bərpasında iştirak etmək mühüm hadisədir»- deyə, K.İmanov vurğulayıb.