YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır

«Azərbaycanda dövlət səviyyəsində idmanın inkişafına xüsusi diqqət yetirilir». Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, artıq hər il ərzində ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışları keçirilir. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin apardığı düzgün siyasətin nəticəsidir ki, bu gün dünyada beynəlxalq yarışların keçirilməsini ölkəmizə həvalə edirlər. 

«Hesab edirəm ki, Azərbaycan idman sahəsində dünya üzrə ən inkişaf edən dövlətlərdəndir. Ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Həmin addımların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda müasir səviyyəli idman infrastrukturu yaradılıb. Müasir idman kompleksləri, idman arenaları istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir»- deyə, A.Abiyev vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv