YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorrada toplantı keçirəcəkdir

Bu ilin sentyabrında Andorra Knyazlığında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin III ali səviyyəli görüşü və Mərkəzin idarə heyətinin VII beynəlxalq toplantısı keçiriləcəkdir. Bu barədə razılıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradovun Andorranın sabiq Baş naziri Oskar Ribas Reyq ilə görüşündə əldə olunmuşdur. 

Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin üzvləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Tarya Halonen, Emil Konstantinesku, Petar Stoyanov, Stepan Mesiç, Boris Tadiç və başqalarının iştirakı nəzərdə tutulmuşdur.

Toplantıda əsas müzakirə mövzusu münaqişələr və onların həlli yolları, eləcə də Mərkəzin gələcək fəaliyyət istiqamətləri olacaqdır.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ilk ali səviyyəli toplantısı 2013-cü ilin sentyabrında Bakıda, ikinci görüş isə bu ilin fevralında Afinada keçirilmişdir.