YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Tədrisin bütün pillələrində təhsil mühiti sağlamlaşdırılmalıdır

«Bizim əsas məqsədimiz  uzunmüddətli və fundamental  tədbirlərin  keçirilməsi, uzunmüddətli nailiyyətlərə nail olmaqdır. Ötən ildə əldə etdiyimiz ən böyük nailiyyət təhsil mühitinin dəyişdirilməsi və sağlamlaşdırılması istiqamətində addımların atılması olub. Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib. 

M.Cabbarov bildirib ki, bizim əsas məqsədimiz uzun müddətli fundamental nəticələrə nail olmaqdır. Onun sözlərinə görə, istənilən müəllim və fənn müəllimləri barəsində qəbul edilən qərarlar onların peşəkarlığının artırılmasına, dərs yükünün normallaşdırılmasına yönəlib.

«İlk növbədə tədrisin bütün pillələrində təhsil mühiti sağlamlaşdırılmalıdır. Burada əsas məqsəd təhsilə yanaşmadır. Bu gün təhsildə əsas bilik meyarıdır. Sistemdə fəaliyyət göstərən müəllimləri dırnaqarası tanımamalıyıq. Onların bilik səviyyəsinə peşəkarlığına bələd olmalıyıq. Sınaq qiymətləndirmə əvvəl Bakı şəhərində, sonra bütün regionlarda aparılacaq. Növbəti mərhələdə müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin tədris etdikləri tədrisin məzmunun dəyişdirilməsi nəzərdə tutulub»- deyə, nazir vurğulayıb.