Xəbərlər
Musa Pənahov: Azərbaycanın nəqliyyat infrastrukturuna son 10 ildə 20 milyard dollar investisiya yatırılmışdır
![](http://www.yap.org.az/thumb.php?src=http://www.yap.org.az/upload/images/73bb566b1ef8c0729f1e3a18073a15cc.jpg&w=360)
Azərbaycanın nəqliyyat infrastrukturuna son 10 ildə 20 milyard dollar investisiya yatırılmışdır.
Bu barədə 13-cü Beynəlxalq nəqliyyat, tranzit və logistika, 4-cü Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat sərgilərinin açılışında nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat vermişdir.
Nazir müavini qeyd etmişdir ki, ötən 10 ildə respublikada 9 min kilometrdən artıq avtomobil yolu, 250 tunel, körpü və yol ötürücüsü tikilmiş və yaxud yenidən qurulmuş, 6 aeroport inşa olunmuş, digər işlər görülmüşdür.