YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraşın sərgisi açılıb

Dekabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” (“On the other side”) adlı fərdi sərgisi açılıb.

Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək, sərginin təşkilinə görə heykəltəraş Riçard Dikona və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib.

Sərginin açılışında çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Riçard Dikonun akademiyada olduğunu və elmi şurada iştirak etdiyini bildirib. O, Riçard Dikona Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəxri üzvü diplomunu təqdim edib. Vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördükləri böyük işlər nəticəsində dünyanın ən görkəmli sənətkarlarının, Avropa təsviri incəsənətinin tanınmış simalarının sərgiləri Bakıda nümayiş olunur.

Heykəltəraş Riçard Dikon sərginin təşkilinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib. Məlumat verib ki, 2007-ci ildə Venesiya Biennalesində Azərbaycan pavilyonu ilə tanış olmaq imkanı qazanıb və o zaman Bakıda fərdi sərgisini təşkil etmək barədə dəvət alıb. Britaniyalı heykəltəraş sərginin təşkilindən hədsiz məmnunluğunu diqqətə çatdırıb, nümayiş etdirilən əsərlərin hər kəsdə xoş təəssürat yaradacağına ümidvar olduğunu bildirib.

Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar. Sərgidə müəllifin 39 əsəri yer alıb. Ekspozisiyada ağac, metal və keramikadan hazırlanmış həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda, orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim edilib.

Sərgi 2016-cı il iyulun 15-dək davam edəcək.