YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ottava şəhərində qeyd olunub

Kanadadakı səfirliyimiz tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ottava şəhəri meriyasının binasında tədbir keçirilib.

Səfirlikdən bildirilib ki, tədbirdə Ontario əyalətinin parlament üzvü Cək Maklaren, Türkiyənin Kanadadakı səfiri Selcuk Ünal, Kanada müdafiə nazirliyinin milli kadet proqramının komandiri, general-briqadir Keli Voyden, məşhur jurnalist Skot Teylor, eləcə də Ottava, Toronto və Monreal şəhərlərində yaşayan 100-dən çox soydaşımız iştirak edib.

Əvvəlcə Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdlərinin ifasında Azərbaycan və Kanadanın dövlət himnləri səsləndirilib.

Tədbiri açıq elan edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açmış, bu bayramın təsis edilməsinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü olduğunu vurğulayıb.

Bildirilib ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımız və həmvətənlimizin respublikamızla əlaqələrini möhkəmləndirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bundan əlavə, həmrəylik gününün Azərbaycan diasporunun ən mühüm bayramı hesab edildiyi və bu bayramın elan olunmasının milli diasporumuzun formalaşmasında, diaspora cəmiyyətlərimizin təşkilatlanması və onlar arasında əlaqələrin möhkəmləndirilməsində başlıca məqamlardan biri olduğu vurğulanıb.

“Vətən” Azərbaycan incəsənət və mədəniyyət mərkəzinin rəhbəri Lalin Həsənovanın təbrik nitqindən sonra isə qonaqlara Torontoda fəaliyyət göstərən mərkəzin şagirdlərinin və “Təbriz” ansamblının ifasında milli musiqi və rəqs nümunələrimiz təqdim olunub.