YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərakəndə ticarət dövriyyəsinin həcmi 22,4 milyard manat təşkil edib

Cari ilin 11 ayı ərzində ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz artaraq 22,4 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, istehlak mallarının 99,8 faizi qeyri-dövlət təsərrüfat subyektləri tərəfindən, o cümlədən 11,1 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.

Qeyri-dövlət sektoru üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin yanvar-noyabr aylarının səviyyəsini 11,1 faiz üstələyərək 22 milyard 398,6 milyon manata bərabər olub.