YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: 2016-cı ildə daha əzəmətli uğurların, qələbələrin şahidi olacağıq

«2015-ci ildə Azərbaycanda əzəmətli nailiyyətlər əldə olunub.  Bu ilin mühüm hadisələrindən biri  ölkəmizdə keçirilən parlament seçkiləri oldu. YAP bu seçkilərdə yenə də inamlı qələbə qazandı». Bu fikirləri  Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Yeni hədəflər naminə” adlı konfransda deyib.

Əli Əhmədov bildirib ki, bu qələbənin əsasında xalqın Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə sevgisi, Onun siyasətini dəstəkləməsi, dövlətimizin başçısının cəmiyyətdə yüksək siyasi reytinqi dayanır. Təbii ki, burada YAP-ın namizədlərinin hər birinin siyasi nüfuzunun da öz təsiri var. Onun sözlərinə görə, 2015-ci ilin ən vacib hadisələridən biri də ölkəmizdə ilk Avropa Oyunları oldu.

«Azərbaycan ötən 10 il ərzində yeni bir ölkə, müasir bir cəmiyyət kimi formalaşıb. 2016-cı ildə ölkəmiz öz inkişafını davam etdirəcək. Qarşıda Azərbaycanın inkişafının yeni modelinin formalaşdırılması kimi mühüm bir tapşırıq dayanır. Azərbaycan iqtisadiyyatının yeni və sürətli inkişaf modelinə keçidi günümüzün zərurətinə və sosial sifarişə çevrilib. Cənab Prezident İlham Əliyev bununla bağlı hədəfləri müəyyənləşdirib. Bu hədəflərdən biri də Azərbaycanda insanların rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli ilə həyata keçiriləcək. Hər birimiz inanırıq ki, həmin vəzifələr möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında layiqincə yerinə yetiriləcək. Azərbaycan özünün inkişaf modelində korrektələr etməklə yeni mərhələyə qədəm qoyacaq. 2016-cı ildə daha əzəmətli uğurların, qələbələrin şahidi olacağıq»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv