Xəbərlər
Azərbaycan və Monteneqro hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2015-ci il oktyabrın 27-də Bakı şəhərində imzalanmış Sazişin təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.
Fərmanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monteneqro Hökumətinə bildiriş göndərmək tapşırılıb.