YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Günəşli” yatağında yeni quyu istismara verilib

“Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündən qazılan 28 nömrəli quyu istismara verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2674-2658 metr intervaldan sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

 

DİGƏR Xəbərlər Arxiv