YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Ölkədə nəzərdə tutulan bütün sosial proqramlar icra olunmaqdadır

«Əhalinin banklara inamını artırmaq üçün bir sıra tədbirlər həyata keçirilməlidir. Son zamanlar verilən qərarlar bu baxımdan əhəmiyyətlidir». Bu fikirləri Milli  Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, dünyada baş verən qlobal böhrana və neftin qiymətinin 4 dəfəyədək ucuzlaşmasına baxmayaraq Azərbaycan iqtisadi sabitliyini qoruyub saxlayır. Onun sözlərinə görə, ölkədə nəzərdə tutulan bütün sosial proqramlar icra olunmaqdadır.

«Azərbaycanda neft iqtisadiyyatından bütövlükdə şaxələndirilmiş və liberal iqtisadiyyata keçidin təmin olunması isə yeni iş yerlərinin yaranmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Milli Məclisin növbədənkənar iclasında “Əmanətlərin sığortalanması haqqında” Qanunda dəyişikliklər edilməsi, “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbul olunması əhalinin maraqlarına uyğundur»- deyə, komitə sədri vurğulayıb.