YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Karolos Papulyas: Ölkələrimiz arasında siyasi münasibətlər inkişaf edir

«Bugünkü səfər Yunanıstan ilə Azərbaycan arasında gözəl münasibətlərin yeni bir işarəsidir, əməkdaşlığımız üçün yeni yollar, yeni üfüqlər açır. Prezident Əliyevin və mənim ikitərəfli münasibətlərimizin hər bir aspektini nəzərdən keçirmək imkanımız oldu. Burada həm siyasi, həm enerji, həm iqtisadi, həm ticari, həm də mədəni sahələrdə əlaqələr nəzərdə tutulur. Bizim, həmçinin mühüm beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu». Bu fikirləri Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas Prezident İlham Əliyev ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Karolos Papulyas bildirib ki, ölkələrimiz arasında siyasi münasibətlər inkişaf edir. Onun sözlərinə görə, bu, ölkələr arasında həm dövlət səviyyəsində, həm də siyasi səviyyədə çox mühüm səfərlərin həyata keçirilməsindən görünür.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini bildirən Prezident Karolos Papulyas Azərbaycanın təbii qazının Yunanıstan vasitəsilə Avropaya çatdırılmasını mümkün edəcək TAP təbii qaz boru kəmərinin əhəmiyyətini vurğulayıb.

«Bu gün biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə yeni imkanlar açan üç sənədi imzaladıq: Yunanıstan ilə Azərbaycan arasında Avropa İttifaqı məsələləri haqqında memorandum, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş və gənclər sahəsində əməkdaşlıq memorandumu. Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri nəzərdən keçirdik. Bu münasibətlər Avropa İttifaqının qonşuluq siyasətinin hissəsidir. Biz bu kimi məsələlərə Avropa İttifaqının Şurasında sədrliyimiz zamanı xüsusi diqqət yetirdik. Son altı ay ərzində bu qəbildən məsələləri fəal şəkildə təşviq etdik»- deyə, Yunanıstan Prezidenti vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv