YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban xanım Əliyeva: Həyatının bir hissəsini xəstəxanada keçirmək məcburiyyətində olan uşaqlara qayğı göstərmək çox xeyirxah işdir

«Həyatının bir hissəsini xəstəxanada keçirmək məcburiyyətində olan uşaqlara qayğı göstərmək çox xeyirxah işdir. Burada siz nəinki yüksək texnologiya əsasında tibbi müalicə aparırsınız, o cümlədən xüsusi mühit yaradırsınız. Bu, böyük qayğı, məhəbbət və dəstək mühitidir. Uşaqları qəlbinizdə saxlayırsınız». Bu fikirləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Afinada “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanışlıq zamanı deyib.

Mehriban xanım Əliyeva bildirib ki, “ELPİDA” və Heydər Əliyev Fondu ehtiyacı olan insanlara yardımı prioritet hesab edirlər. Onun sözlərinə görə, Heydər Əliyev Fondu da sosial, mədəni və təhsil sahələrində bir çox layihələr həyata keçirir.

«Yunanca “ELPİDA” “ümid” deməkdir. Bütün bu binaları – xərçəngdən əziyyət çəkən uşaqlar üçün çox müasir xəstəxana, onların valideynləri üçün qonaq evi və ən yaxşı avadanlıqla təchiz edilmiş, olduqca peşəkar həkimlərdən ibarət bölməni gördükdən sonra deyə bilərik ki, bu məkan uşaqlar və onların valideynləri üçün əsl ümid yeridir. Bu uşaqlar hər hansı digər uşaqlar kimi oynamağı, gəzməyi və dostları ilə birgə olmağı sevirlər. Siz isə onları heç zaman təklikdə qoymayan insanlarsınız. Əminəm ki, biz bu məramı uşaqlarımız üçün davam etdirəcəyik. Çünki insanlar gələcəyə ümidlə yaşayır. Gələcək isə uşaqlarsız mümkün deyildir»- deyə, Azərbaycanın birinci xanımı vurğulayıb.
 

DİGƏR Xəbərlər Arxiv