YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvarda Ceyhan limanından 2,8 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb

Bu ilin yanvarında Ceyhan limanından 2 milyon 848 min 91 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

SOCAR-ın mətbuat xidmətindən  bildirilib ki, bu həcmin 1 milyon 510 min 914 tonunu Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən bu il fevralın 1-nə kimi Ceyhan limanından 294 milyon 41 min 863 ton Azərbaycan nefti dünya bazarına çıxarılıb.