YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehdi Səlimzadə: Yerli özünüidarəetmənin yaxşılaşdırılması istiqamətində Milli Məclisin qəbul etdiyi qanunlar çox önəmlidir

«Son bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvlərinin, həmçinin sədrlərinin tərkibinin yarıdan çoxunun dəyişilməsi nəzərə alınaraq, onların maarifləndirilməsinə xüsusilə diqqət artırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Ədliyyə Nazirliyinin Akademiyası ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün təşkil olunan kursların davamlılığının təmin olunması və bölgələrdə keçirilən kurslar, təlimlər üçün yeni tədris proqramı hazırlanıb, aktual mövzular üzrə metodik vəsaitlər nəşr edilib». Bu fikirləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə deyib.

M.Səlimzadə bildirib ki, ötən il ərzində keçirilən seminarlarda bələdiyyə üzvü və qulluqçularının iştirak dairəsi xeyli genişlənib. Onun sözlərinə görə, bu tədbirlərdəki mövzular əsasən şəffaflığın artırılması, yerli büdcənin formalaşdırılması, əmək qanunvericiliyi, arxiv işinin təşkili, yerli vergi və ödənişlər kimi məsələlərlə bağlı olub. 
«Yerli özünüidarəetmənin yaxşılaşdırılması istiqamətində Milli Məclisin qəbul etdiyi qanunlar çox önəmlidir. Bu normativ hüquqi aktlar bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, kadr işinin səviyyəsinin yüksəldilməsinə  xidmət edir. Bələdiyyələr tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məsələlərinə xüsusi önəm verilib. Bələdiyyələrlə bağlı vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki illərə nisbətən az olub. 2015-ci ildə vətəndaşlardan daxil olan 2093 müraciətə baxılıb, qaldırılan məsələlər qısa müddətdə öz həllini tapıb»- deyə, M.Səlimzadə vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv