YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya portalı: Azərbaycanda pambıqçılıq inkişaf edir

İspaniyanın moda və tekstil biznesi üzrə ixtisaslaşmış modaes.es portalı Azərbaycanda pambıqçılığa olan diqqətdən yazıb.

Qeyd edilir ki, bir çox ölkələrdə pambıqçılığa diqqət azalmaqda olsa da, Azərbaycan hökuməti bu istiqamətə xüsusi diqqət ayırır.

Yazıda bildirilir ki, son illər dünya bazarında pambığın qiymətinin aşağı düşməsi, əsas idxalçı olan Çində iqtisadi artımın zəifləməsi kimi amillər ənənəvi pambıq istehsalçıları olan Hindistan, Pakistan, Braziliya, ABŞ kimi ölkələrin bu strateji bitkinin əkin sahələrini azaltmasına səbəb olub. Azərbaycanda isə hökumət 2016-cı ildə pambıq əkini sahələrini 80 faiz artıraraq 30 min hektara çatdırmaq niyyətindədir. Nəticədə 70 min ton məhsul əldə olunması planlaşdırır. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan hökuməti fermerlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirir.