YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB ölkələrinin ekspertləri fundamental tədqiqatlar sahəsində dövlətlərarası münasibətləri müzakirə ediblər

Fevralın 11-12-də Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin fundamental tədqiqatlar sahəsində dövlətlərarası münasibətlərinin əlaqələndirilməsi haqqında saziş layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib. Bu barədə MDB-nin mənzil-qərargahının mətbuat xidmətindən məlumat veriblər.

İclas iştirakçıları Birlik ölkələrinin irad və təkliflərini nəzərə alaraq, sənədin layihəsini razılaşdırıblar. Saziş layihəsinin baxılması üçün müəyyən edilmiş qaydada MDB Hökumət Başçıları Şurasına təqdim olunması qərara alınıb.

Saziş layihəsində bir sıra prioritet istiqamətlər üzrə hərtərəfli qarşılıqlı yardım göstərmək nəzərdə tutulur. Sənəd birgə proqram və layihələrin icrasını, alim, tədqiqatçı və ekspertlərin mübadiləsini, elmi təcrübə, konfrans, simpozium, seminar, forum və sərgilərin təşkilini, elmi-texniki informasiyanın mübadiləsini, birgə laboratoriyaların, fundamental elmi-tədqiqat, habelə avadanlıqdan kollektiv istifadə mərkəzlərinin yaradılmasını nəzərdə tutur.